İspaniyanın “Real” klubu kapitanı Serxio Ramosla yeni müqavilə məsələsində razılığa gələ bilmir.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, söhbət Ramosun məvacibindən geri.

“Kral klubu” müdafiəçidən məvacibində 10 faiz güzəştə getməsini istəyir. İspan futbolçu isə eyni məvaciblə iki illik yeni müqavilə imzalamaq fikrindədir.

Ramosun əsas istəyinin klubla ortaq yol taparaq, komandada qalmaq olduğu bildirilir.

2005-ci ildən “Real”da çıxış edən Ramosun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.