
Musiala 5 ayadək oynamaya bilər
- 12:30
- 70
"Bayern"in və Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala klublararası dünya çempionatının 1/4 finalında Fransanın PSJ klubu ilə matçda aldığı zədə səbəbindən oyunları 5 aya qədər buraxa bilər.
Rekord.az "Bild"ə istinadən xəbər verir ki, Musialanın sol ayağının sümüyü sınıb.
Bərpa müddəti dörd aydan beş aya qədər davam edə bilər.
PSJ - "Bayern" matçı parislilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissənin sonunda Musiala PSJ-nin qapıçısı Canluici Donnaruma ilə toqquşma nəticəsində ayağından ciddi zədə alıb və oyunu davam etdirə bilməyib. Alman futbolçunu meydandan xərəkdə çıxarıblar.