Mövsüm bitər-bitməz vətəni Rusiyaya qayıdan "Sabah"ın baş məşqçisi Murat Musayev ilk işinin dənizə getmək və 1 həftə bütün fikrini dincəlməyə yönəltmək olduğunu açıqlayıb.

Rekord.az xəbər verir ki, doğma Krasnodarda olduğu müddətdə daha çox istirahətə vaxt ayırmağı planlaşdırsa da, Musayev hazlrkı komandası üçün futbolçu da axtaracaq.

Əldə etdiyimiz məlumata görə, o, sözügedən şəhərdə tanıdığı, "Sabah"a uyöun gördüyü bir neçə futbolçu ilə görüşüb söhbətləşməyi də düşünür. Uyğun olanları böyük ehtimalla "Sabah"a dəvət edəcək.