Futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsində Azərbaycan millisi ilə bir qrupda yer alan Rusiya yığması təlim-məşq toplanışına başlayıb.

Rekord.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 20-də Moskvada bir araya gələn Rusiya yığması oyunların keçiriləcəyi Xorvatiyaya yanvarın 28-də yollanacaq. Baş məşqçi Sergey Skoroviç bu futzalçılara dəvət göndərib:

Qapıçılar: Georgi Zamtaradze, Albert Çayder (hər ikisi KPRF), Dmitri Putilov (Sinara);

Oyunçular: Danil Davıdov, Nikolay Şesterov, Andrey Afanasev (hamısı “Qazprom-Yuqra”), Romulo, Yanar Asadov, Artem Niyazov, Arser Baqirov (hamısı KPRF), İvan Milovanov, Sergey Abramoviç, Artem Antoşkin (hamısı “Tümen”), Ruslan Kudziev, Rişat Kotlyarov (hər ikisi “Nikel”), Sergey Abramov (Sinara), Robino (“Benfika”, Portuqaliya), Eder Lima (“Korintians”, Braziliya).

Azərbaycan və Rusiya milli komandaları yanvarın 30-da, saat 20:00-da qarşılaşacaq.