Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, 34 yaşlı qolkiper sabiq komandası "Araz-Naxçıvan"a keçib.


Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik razılıq əldə olunub.


Rövşən Hüseynli iyunun 30-da Qazaxıstanın "Astana" komandasından ayrıldığını açıqlayıb. O, 2024-cü ilin yayında bu kluba keçmişdi.


Xatırladaq ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının F qrupunda "Lyuti Krayişnitsi" (Avstriya), "PYF Saltires" (Şotlandiya) və "Sparta" (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar 26-31 avqustda Avstriyanın Lins şəhərində keçiriləcək.