
Millimizin kapitanı yenidən ölkə çempionatında
- 14:00
- 37
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova yenidən ölkə çempionatında çıxış edəcək. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuz karyerasını yeni yaradılan "Turan Tovuz" klubunda davam etdirəcək.
Son çıxış etdiyi Macarıstanın "Vasas Obuda" klubunun da uzun illər kapitanı olmus voleybolçumuza yeni komandasında da bu vəzifə həvalə olunub.
Qeyd edək ki, uzun illər ölkə xaricində çıxış edən Abduləzimova bir çox nailiyyətlərə imza atıb. O, dəfələrlə çempionluq, kubok, avrokuboklarda medallar, həmçinin fərdi mükafatlar qazanıb, CEV Çempionlar Liqasında ən yaxşı blokçu, Macarıstanda en yaxşı xarici voleybolçu seçilib.