DÇ-2020-nin elit-raund mərhələsində mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da Azərbaycan yığmasının iştirakı ilə keçiriləcək ilk iki oyunu İtaliyadan olan hakimlər idarə edəcək:

Xorvatiya – Azərbaycan
29 yanvar. Osiek. “Qradsk vrt Arena”. Saat 23:00
Hakimlər: Angelo Galante, Nikola Manzione, Alessandro Malfer

Azərbaycan – Rusiya
30 yanvar. Osiek. “Qradsk vrt Arena”. Saat 20:00
Hakimlər: Alessandro Malfer, Angelo Galante, Çiara Perona