Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının gələn il keçiriləcək Avropa çempionatında qrup oyunlarının təqvimi bəlli olub. "Rekord.az" xəbər verir ki, komandamız ölkəmizin ev sahibliyi edəcəyi C qrupunda yer alır. 

Qrupda rəqiblərimiz Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmalarıdır. Millimiz ilk görüşünü Portuqaliyaya qarşı keçirəcək.

Qeyd edək ki, Bakıdakı qarşılaşmalar 21-28 avqust 2026-cı il tarixlərində baş tutacaq. Oyunlar Bakı Gimnastika Arenasında təşkil olunacaq.

Ölkəmizin ev sahibliyi edəcəyi AVRO-2026-nın C qrupunun oyunlarının təqvimi:

21 qvqust 

   19:00 Azərbaycan – Portuqaliya 

22 avqust 

   15:30 Belçika – İspaniya 

   18:30 Rumıniya – Niderland 

23 avqust 

   15:30 Portuqaliya – Belçika

   18:30 İspaniya – Azərbaycan

24 avqust

   15:30 Niderland – Portuqaliya

   18:30 Azərbaycan – Rumıniya 

25 avqust 

   15:30 Rumıniya – Belçika 

   18:30 Niderland – İspaniya 

26 avqust 

   15:30 İspaniya – Portuqaliya 

    18:30 Belçika – Azərbaycan 

27 avqust 

   15:30 Niderland – Belçika 

   18:30 Portuqaliya – Rumıniya 

28 avqust 

   15:30 İspaniya – Rumıniya 

   18:30 Azərbaycan - Niderland