Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasına hazırlıqlarına start verilib. "Rekord.az" xəbər verir ki, bu gün baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.
GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.
Millimizin baş məşqçisi Faiq Qarayev hər kəsi salamlayıb, Qızıl Avropa Liqasında komandamıza uğurlar arzulayıb. Yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verən F.Qarayev sabahdan məşqlərə start veriləcəyini deyib. Bildirib ki, ilkin mərhələdə fiziki və topla məşqlər olacaq. Daha sonra komandanın təlim-məşq toplanışına yollanacağını, həmçinin yoxlama oyunlarının keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Qeyd edək ki, yekun heyətlə bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.