Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma komanda Lixtenşteyn millisi ilə qarşılaşacaq.

Martın 26-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azərbaycan millisi toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.