Millimiz İslamidada gümüş medal qazandı
- 17:24
- 36
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması İslam Oyunlarında gümüş medal qazanıb. "Rekord az" xəbər verir ki, komandamız bu gün keçirilən finalda Türkiyə yığması ilə qarşılaşıb.
Oyun rəqibin üstünlüyü ilə keçib. 3 set davam edən matçda məğlub olan millimiz VI İslam Oyunlarında gümüş medal qazanıb.
Qeyd edək ki, üçüncülük oyununda Tacikistanı 3:0 hesabı ilə məğlub edən İran yığması bürünc medala sahib çıxıb.
VI İslam Oyunları
13 noyabr
Final
Türkiyə - Azərbaycan 3:0 (25:14, 25:10, 25:18)