Millimiz III MDB Oyunlarının yarımfinalında
- 03 Okt 2025 21:09
- 272
III MDB Oyunlarında 15 yaşadək voleybolçu qızlar arasında yarımfinalçılar bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün Gəncə İdman Sarayında 15 yaşadək voleybolçu qızlardan ibarət yığma komandamız növbəti oyununu keçirib. A qrupunda çıxış edən millimizin rəqibi Özbəkistan yığması olub. Gərginliyi ilə yadda qalan matçda komandamız 3:2 hesabı ilə qalib gəlib.
Günün digər qarşılaşması isə B qrupunda Rusiya və Qırğızıstan yığmaları arasında oynanılıb. Bu görüş Rusiya voleybolçularının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, III MDB Oyunlarında voleybolçu qızlar arasında qrup mərhələsi başa çatıb. A qrupunda Azərbaycan (2 qələbə – 5 xal) və Özbəkistan (1 qələbə – 4 xal), B qrupunda isə Rusiya (2 qələbə – 6 xal) və Belarus (1 qələbə – 3 xal) milliləri növbəti mərhələyə vəsiqə qazanıblar.
Yarımfinal oyunları oktyabrın 5-də keçiriləcək.
A qrupu
Özbəkistan - Azərbaycan 2:3 (25:17, 25:22, 21:25, 23:25, 7:15)