AFFA-nın dəstəyi ilə yaradılan Məşqçilər Korpusu xeyli müddətdir aktiv fəaliyyət göstərmir.

Rekord.az komitə üzvləri sonuncu dəfə nə vaxt toplantı keçirdiklərini heç özləri də bilmirlər.

Say tərkibi də tam deyil. Çünki Böyükağa Hacıyevin vəfatından sonra onun yerinə də yeni təyinat olmayıb. Əldə etdiyimiz məlumata görə, bütün bu suallara yaxın günlərdə aydınlıq gəlməlidir. Hər şey icraçı vitse prezident Elxan Məmmədovun qərarından asılı olacaq.