Azərbaycan cüdoçularından Sarayevoda 5 medal
- 14:00
- 33
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində 5 medal qazanıblar.
Bu barədə Rekord.az-a Azərbaycan Xüsusi Olimpiya Komitəsindən bildirilib.
Azərbaycan komandası yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Turnirdə Kamran Quliyev G-10 divizionunda birinci, Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü yeri tutublar.
Adilə Niftəliyeva G-24 divizionunda üçüncü, kata üzrə mübarizədə isə ikinci pillədə qərarlaşıb.