“Mançester Siti”nin sabiq hücumçusu Vilfrid Boninin yeni klubu məlum olub. Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu Niderland “Neymegen”i ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Boni ilə sözləşmənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

2015-2017-ci illərdə “Mançester Siti”də çıxış edən Boninin son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad” olub. 33 yaşlı hücumçu 2020-ci ilin noyabrından klubsuz idi.