Mahir Emrelinin komandasından heç-heçə
- 09 Noy 2024 00:08
- 99
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda öz meydanında “Kayzerslautern”i qəbul edib. Matç 0:0 hesablə heç-heçə ilə başa çatıb.
Mahir oyuna start heyətdə çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
Emreli Bundesliqada 5 oyunda 3 qol vurub. Hazırda “Nürnberq” 12 turdan sonra 18 xalla 6-cı, "Kayzerslautern" isə 17 xalla 8-ci pillədə qərarlaşıb.