Bu yaxınlarda futbolçu karyerasını biritən Kamal Bayramova "Şamaxı"da məşqçi kimi işləmək təklif olunub.

Rekord.az-a daxil olan məlumata görə, veteran qapıçı klub tərəfindən edilən təklfi qəbul etməyib.

Buna səbəb təklif edilən maddi şərtlərin Bayramovu qane etməməsi olub. 40 yaşlı sabiq qapıçı bir müddət dincəlməyə və daha sərfəli təklifləri gözləməyi üstün tutub.