
“Liverpul”un futbolçusu faciəvi şəkildə öldü
- 14:20
- 51
"Liverpul"un və Portuqaliya millisinin üzvü Diogo Jota faciəvi şəkildə həlak olub.
Rekord.az xəbər verir ki, 28 yaşlı vinger iyunun 3-nə keçən gecə - yerli vaxtla saay 00:40 (Baklı vaxtı ilə saat 02:40) radələrində İspaniyanın Zamora əyalətində avtomobil qəzası keçirib və qardaşı ilə birlikdə dünyasını dəyişib.
"Marca" nəşrinin məlumatına görə, yol-nəqliyyat hadisəsi A-52 magistralının 65-ci kilometrliyində, Palasios-de-Sanabriya bələdiyyəsi ərazisində baş verib. Futbolçunun olduğu avtomobil yoldan çıxaraq aşıb və yanıb. Hadisə nəticəsində maşında olan Diogo Jotanın 26 yaşlı qardaşı Andre də həlak olub.
Xatırladaq ki, iyunun 22-də Jotanın toyu olmuşdu.