
“Liverpul”dan anlamlı jest
- 14:20
- 31
"Liverpul" yol qəzasında dünyasını dəyişən hücumçusu Dioqo Jotanın 2027-ci ilə qədər olan əmək müqaviləsi üzrə maaşını tam olaraq ailəsinə ödəyəcək.
Rekord.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
Daha əvvəl "mersisaydlılar" portuqaliyalı futbolçunun geyindiyi 20 nömrəli formanı dövriyyədən çıxaracaqlarını açıqlamışdılar.
Jota 2 gün əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Həmin qəzada onun qardaşı Andre Silva da həlak olub.
Xatırladaq ki, 28 yaşlı futbolçu 2020-ci ilin sentyabrından "Liverpul"un formasını geyinirdi. Bu müddət ərzində o, bütün yarışlarda 182 matçda iştirak edib, 65 qol vurub və 26 məhsuldar ötürmə edib.