"Liverpul" daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.


Rekord.az xəbər verir ki, Premyer Liqa klubu Trey Nioninin sözləşməsinin müddətini uzadıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


18 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. İngiltərənin U-20 millisinin üzvü ilə sözləşməsi 2030-cu ilin iyununa qədərdir.


Nioni 2023-cü ilin yayında "Lester"in akademiyasından "Liverpul"a transfer olunub. Gənc oyunçu ötən mövsüm Mersisayd təmsilçisinin əsas komandasında 5 rəsmi matçda meydana çıxıb və 1 qol ötürməsi edib.