Kaşuk maaşının artırımasını istəyir?
- 13:00
- 57
Aleksey Kaşukun adı digər klublarla hallanır.
Rekord.az xəbər verir ki, Ukrayna mətbuatı onunla Polesye"nin maraqlandığını yazır.
Azərbaycanda isə "Neftçi"nin Kaşuku almaq istədiyi deyilir. Daha doğrusu, Yuri Vernidub həmyerlisini yanınan aparmaq istəyir. Amma Qurban Qurbanov da Kaşukdan narazı deyil, davamlı şans verir. Bu mənada "Qarabağ" da ukraynalını saxlamaqda maraqlı görünür. Lakin sızan məlumata görə, əgər Ağdam klubu müqavilə müddətinin uzadılması ilə bağlı Kaşuka müraciət etsə, futbolçu maaşının artırılmasını tələb edə bilər. Başqa təklifləri var, üstəlik, "Qarabağ"da onu saxlamaqda maraqlıdır. Belə olan halda daha çox maaş tələb etmək üçün zəmin yaranır ki, Kaşuk da bundan istifadə etmək istəyir.
Qeyd edək ki, ukraynalının "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatır.