Sabiq futbolçusu Yovan Krneta yenidən "Zirə"yə dönüb.

Rekord.az xəbər verir ki, klubun Antalyadakı düşərgəsinə gələn futbolçu ilə rəsmi razılıq əldə olunub.

Onunla ilkin olaraq 6 ay +1 il müddətində müqavilə bağlanıb. Əgər mövsümün sonuna kimi özünü doğrultsa, müqavilənin növbəti 1 illik hissəsi də qüvvəyə minəcək.