Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Keşlə" ziddiyyətli addımla yadda qalıb.

Rekord.az xəbər verir ki, transfer çalışmalarına başlayan, legioner futbolçularla danışıqlar aparan paytaxt təmsilçisi yay toplanışını ölkə daxilində keçəcək.

Ölkə xaricində toplanış variantı olsa da, sonradan əlavə vəsait olmadığı üçün bundan imtina edilib. Rəhbərlik ölkə xaricindəki toplanışa sərf olunacaq vəsaiti yeni futbolçuların alınmasına xərcləməyi üstün tutublar.