Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Tura Qəbələdə start verilib. “Qəbələ” doğma meydanda çempionluğa iddialı “Neftçi”dən xal almağa çalışıb. Amma əyalət təmsilçisi bu görüşdə növbəti məğlubiyyətini alıb.

Günün digər oyunu isə iki paytaxt təmsilçisi “Keşlə” və “Zirə” arasında baş tutub. Bu görüşdə isə meydan sahibləri darmadağınla qalib gəliblər.

Tura sabah keçiriləcək “Qarabağ” – “Sumqayıt” və “Sabah” – “Səbail” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
18-ci tur

22 fevral

“Qəbələ” – “Neftçi” 0:2
Qol: A.Krivotsyuk, 8. B.Dabo, 14.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 12. Abdelrafik Jerar, 2. Amin Seydiyev, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 7. Roman Hüseynov, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 19. Rövlan Muradov.
Baş məşqçi: Azər Bağırov.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Federiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov.
Baş məşqçi: Füzuli Məmmədov.

“Keşlə” – “Zirə” 4:0
Qol: Ş.Qadoyev, 20; 71. V.İsgəndərli, 45. P.Azadov, 89.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov.
“ASK Arena”, 17:00.

Keşlə: 1. Stanislav Namaşko,4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 25. Con Kamara, 21. Miyusko Boyoviç,10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao,30. Şahrux Qadoyev, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlız 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 5. Franko Flores, 9. Lorenzo Frutos, 90. Orxan Fərəcov, 88. Seymur Əsədov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake (k), 48. Şafik Tiqrudja, 43. Riçard Qadze, 3. Ali Sisey, 11. Davit Volkov, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 25. Miloş  Bakraç, 18. George Anton, 20. Əli Şirinov, 55. Rauf Hüseynli.
Baş məşqçi: Zaur Həşimov.