
“Kəpəz”də iki yeni müqavilə
- 16:34
- 61
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu ilə müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, ötən mövsümdən "Kəpəz"də çıxış edən Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.
Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.