
“Kəpəz” yarımmüdafiəçisi ilə yollarını ayırdı
- 13:30
- 50
"Kəpəz" yarımmüdafiəçisi Tural Rzayevlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, futbolçunun başa çatan müqavilə müddəti yenilənməyib.
Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev "sarı-göylər"də 2015-2016-cı illər mövsümdə debüt edib. O, qərb təmsilçisinin heyətində 6 mövsüm keçirib. Bu müddətdə 122 oyuna çıxıb və 1 qol vurub.