
“Karvan”da növbəti ayrılıq
- 16:00
- 49
Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Karvan" daha bir futbolçusu ilə yolları ayırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Müşviq Teymurovla bağlanan müqavilənin müddəti bitib.
Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsümdə "Karvan"da 45 oyun keçirib və komandanın kapitanlarından olub.
"Karvan" bu yay Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılovla da vidalaşıb.