2006-cı ildə “Qızıl top”un qalibi olan Fabio Kannavaro ilə “Real”ın sabiq qapıçısı İker Kasilyas “instaqram”ın canlı efirində söhbətləşib.

Rekord.az xəbər verir ki, Kannavaro gələcəkdə “Real”ı çalışdırmaq istədiyini bildirib.

O, Kasilyası da federasiya rəhbəri kimi görür: “Sən İspaniya Futbol Federasiyasına rəhbərlik edəcəksən, mən isə “Real”ı çalışdıracağam. Ancaq indi Zizunu təbrik etməyə bilmərəm.

O, paltardəyişmə otağını necə idarə edir, fanatlarla necə ünsiyyət qurur... Onda hər şey əla alınır.

Mən isə Çində məşqçi kiimi inkişaf etmək istəyirəm. Əlbəttə, futbolçu karyerama görə məndən çox şey tələb edirlər. Avropaya qayıtmağa hazıram, baxaq görək, necə olacaq”.