
Jurnalistlərin komandası "Tofiq Bəhramov - 100" turnirinin yarımfinalında
- 10:30
- 48
Ötən gün Regionlar Futbol Federasiyasının ofisində "Tofiq Bəhramov - 100" turnirinin töəşkilat komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1/4 final mərhələsinin "Veteranlar" - "Media Stars" matçında baş vermiş olay müzakirə olunub.
Həmin oyunda veteranlar qalib gəlsə də, matçdan sonra bu komandanın heyətində yer alan Xaqani Məmmədovgun qeyru-qanuni olaraq meydançaya çıxdığı məlum olub. Çünki turnirin əsasnaməsinə görə, burada yalnız həvəskarlar mübarizə apara bilər. Məmmədov isə MFL-in son mövsümündə iştirak edib. Bu səbəbdən də "Veteranlar"a 0:3 hesablı texniki qələbə verilib və "Media Star" yarımfinalda oynamaq hüququ əldə edib.