İsmayıllı OİK-də Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü" münasibətil məktəbli oğlanlar arasında  3x3 basketbol üzrə İsmayıllı rayon turniri keçirildi.

Rekord.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verildi.

Sonda I, II, III yerləri tutan komandalar DŞRGİİ tərəfindən diplom və medallarla mükafatlandırıldı. 

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb;

N.Behdiyev adına 6 nömrəli tam orta məktəb;

Eldar Məmmədov adına şəhər 3  nömrəli məktəb-lisey;

İ.Həsənov adına 1 nömrəli tam         orta məktəb.