Futbol üzrə İngiltərə yığmasının və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Cek Uilşirin yeni ünvanı bəlli olub.

Rekord.az xəbər verir ki, 29 yaşlı futbolçu “Bornmut” klubuna keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan və xeyli müddət idi məhz “Bornmut”un düşərgəsində hazırlıq keçən futbolçu ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

“Arsenal”ın yetirməsi olan Uilşir, 2016/17 mövsümündə də “Bornmut”da çıxış edib. Yarımmüdafiəçi son olaraq “Vest Hem”in uğurları üçün çalışıb.

Cek Uilşir İngiltərə yığmasında 34 oyunda 2 qol vurub.