İlin son oyunları keçirilib
- 21:09
- 32
Yüksək Liqada ilin son oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün qadın və kişi voleybolçuların Yüksək Liqalarında III turdan təxirə salınmış oyunlar keçirilib.
FHN-nin idman zalında “Xilasedici” və “AZERRAIL”, MAA VK-nın idman zalında isə “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları qarşılaşıblar. Bu oyunlarda “Xilasedici” 3:1, “Milli Aviasiya Akademiyası” isə 3:0 hesabı ilə qalib gəlib.
Yüksək Liqa (kişilər)
22 dekabr
III turdan təxirə düşən oyun
“Xilasedici” – “AZERRAIL” 3:1 (23:25, 25:21, 25:18, 25:22)
Yüksək Liqa (qadınlar)
22 dekabr
III turdan təxirə düşən oyun
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 3:0 (25:19, 25:18, 25:21)