
İliçin "Sumqayıt"dakı köməkçiləri məlum oldu - ÖZƏL!
- 12:00
- 372
"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliçin klubdakı köməkçiləri də məlum olub.
Rekord.az xəbər verir ki, İliç əsas köməkçisini özü ilə Serbiyadan gətirəcək.
Digər iki köməkçisi isə yerli məşqçilər Vurğun Hüseynovla Şahin Abdullayev olacaq. Böyük ehtimalla qapıçı-məşqçi Emil Babayev də serbiyalının komandasında yer alacaq. Yalnız fiziki hazırlıq üzrə məşqçi Gerard Martinezin işinə davam edib-etməyəcəyi dəqiqləşməyib.