Hüseynli və Abasovadan Ankarada bürünc medal
- 15:00
- 34
Azərbaycan qılıncoynadanları Türkiyənin paytaxtı Ankarada keçirilən açıq turnirdə iki bürünc medal qazanıblar.
Bu barədə Rekord.az-a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.
Maqsud Hüseynli böyüklər, Fərəh Abasova isə gənclər arasında sablya növündə mükafatçılar sırasına düşüblər.
Kişi sablyaçılardan Rəsul Əliyev 60 iştirakçı arasında 7-ci, Timur Husnaddinov 12-ci, Nahid Məmmədli isə 22-ci olub.
Qızların yarışında medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci, Leyla Əhmədova 11-ci, Ayan Ağasıyeva 13-cü, Züleyxa Sultanlı 20-ci, Cahan Sadıxova 24-cü, İrina Lobas isə 27-ci olub.