Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə azərbaycanlı hakimə etimad göstərib. "Rekord.az" xəbər verir ki, CEV-in təyinatına əsasən beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyununda iştirak edəcək.

Həmyerlimiz dekabrın 10-da Türkiyədə keçiriləcək “Ziraat Bankkart” (Türkiyə) və “Tours VB” (Fransa) klublarının qarşılaşmada ikinci hakim olacaq. Matçın baş hakimi vəzifəsini isə serbiyalı Aleksandar Petrovic icra edəcək.