Ölkə çempionatında növbəti oyun keçirilib
- 20:57
- 38
Kişi voleybolçuların Super Liqasında 4-cü turun oyunu keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün FHN-nin idman zalında “Neftçi” və “AZERRAIL” komandaları üz-üzə gəlib. Görüş “AZERRAIL”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“ORDU” və “Xilasedici” komandalarının iştirakı ilə keçirilməli olan dördüncü turun qarşılaşmaları (“ORDU” - “Gənclər”, “Murov Az Terminal” - “Xilasedici”) isə avrokuboklarda iştirak səbəbindən təxirə salınıb. Həmin görüşlərin keçiriləcəyi tarixlər barədə yaxın günlərdə məlumat veriləcək.
Super Liqa
11 noyabr
IV tur
“Neftçi” - “AZERRAIL” 1:3 (18:25, 25:22, 21:25, 17:25)