"Kəpəz" sabiq futbolçusu Yeqor Xvalkonu geri qaytara bilər.

Rekord.az-a daxil olan məlumata görə, futbolçunun meneceri bir neçə Azərbaycan klubu, o cümlədən "Kəpəz"lə əlaqə saxlayıb.

Deyilənə görə, Gəncə klubu da Yeqorun yenidən heyətində görmək istəyir. Lakin hər şey sonda maddi şərtlərdən asılı olacaq.

Qeyd edək kİ, Xvalkonun Qazaxıstanın "Atırau" ilə müqaviləsinin müddəti ilin sonunda başa çatır.