Azərbaycanın daha bir voleybol klubu avrokubokda mübarizəya başlayıb. "Rekord.az" xəbər verir ki, kişilərdən ibarət "Ordu" klubu "Challenge Cup"da ilk oyununu keçirib.

Təmsilçimiz 1/32 finalda Norveçin "Forde VBK" klubu ilə qarşılaşıb. Səfərdə baş tutan görüş voleybolçularımızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, cütün cavab matçı noyabrın 19-da Bakıda keçiriləcək. "Ordu" həmin oyunda da qalib gələcəyi təqdirdə növbəti mərhələyə yüksələcək.


Challenge Cup 

11 noyabr 

1/32 final

   "Forde VBK" - "Ordu" 0:3 (11:25, 17:25, 19:25)