
"Gəncə" Bakıda quru hesablı qələbə qazandı
- 21 Okt 2025 21:20
- 39
Qadın voleybolçular arasında ölkə çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 2-ci tur çərçivəsində "Murov Az Terminal" klubu "Gəncə"ni qəbul edib.
Görüş qonaq komandanın üstünlüyü ilə keçib. Meydan sahiblərinin müqavimətinə baxmayaraq, Gəncə təmsilçisi paytaxtda üç xallı qələbəyə sevinib.
Yüksək Liqa
II tur
"Murov Az Terminal" - "Gəncə" 0:3 (18:25, 23:25, 21:25)