
Fransa klubunun yetirməsi “Sabah”da
- 01 İyl 2025 22:20
- 35
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalayıb.
Fransanın “Anje” klubunun yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.
“Sabah” daha öncə Akim Zedadka və Stiv Solveti də transfer etmişdi.