“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə ən güclü səfər komandasıdı.

Rekord.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, son çempion səfərdə hamıdan çox – 20 xal toplayıb. 

Vurulan və buraxılan qollarda da ən yaxşı göstərici çempionatın liderinə məxsusdu.

“Neftçi” və “Keşlə”nin aktivində eyni qədər xal var. Lakin “ağ-qaralar” həm top fərqində öndədi, həm də bir matç az keçirib. “Zirə” isə səfərdə ən az xal toplayan komandadı.