"Makkabi"dən (Petah-Tikva) ayrılan Azərbaycan millisinin və "Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev "Hapoel" (Ramat-Qan) klubuna keçib.

Rekord.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

O, daha əvvəl İsrail mətbuatına açıqlamasında yenidən "gənclik şəhəri" təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi. Elə biz də bir müddət bundan qabaq bu haqda yazmışdıq. Bildirmişdik ki, “Sumqayıt” klubsuz qalan Əli ilə danışıqlara start vermişdi. Lakin məsələ bundandır ki, İsraildən təklif alan Əli, ordan daha yüksək maaş təklifi də alınca “Sumqayıt”a “yox” deyib. Deyilənə görə, “Hapoel” Babayevə “Sumqayıt”ımn təklif etdiyindən 3 dəfə yüksək əmək haqqı təklif edib.

Qeyd edək ki, 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.