
Debütant çempionata qələbə ilə başladı
- 19:04
- 49
Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün qadın voleybolçuların Yüksək Liqasında II tur çərçivəsində “AZERRAIL” - “DH Volley” oyunu keçirilib.
AVF-nin idman zalında təşkil olunan qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Oyunda 3:2 hesabı ilə qalib gələn “DH Volley” çempionata qələbə ilə start verib.
Qeyd edək ki, turun növbəti oyunları 21-23 oktyabr tarixlərində keçiriləcək.
Yüksək Liqa (qadınlar)
II tur
20 oktyabr
“AZERRAIL” – “DH Volley” 2:3 (25:23, 20:25, 11:25, 25:23, 12:15)