“Neftçi”nin əvəzediciləri təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt klubunun ikinci komandası Birinci Divizionun digər təmsilçisi MOİK-ə 4:0 hesabı ilə qalib gəlib.

“Neftçi”nin bazasında baş tutmuş görüşdə qollara Dario Federiko, Muxtar Əliyev, Elnur Süleymanov və Asim Əlizadə imza atıblar.

Qeyd edək ki, toplanış çərçivəsindəki ilk sınaq matçında “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə məğlub etmiş “Neftçi-2” yanvarın 24-də “Qarabağ-2”, 30-da isə “Sabah-2” ilə qarşılaşacaq.