
ÇL: “Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu
- 17:20
- 46
"Araz-Naxçıvan" futzal komandasının UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilib.
Azərbaycan çempionu F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.
F qrupunun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.