CEV həmyerlimizə etimad göstərdi
- 05 Yan 2026 13:23
- 60
Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə həmyerlimizə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli CEV tərəfindən beynəlxalq yarışa supervayzer təyin edilib.
Z.Gözəlbəyli kişi voleybolçular arasında CEV Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma SK” və Niderlandın “Sliedrecht Sport” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.
Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frankie Tanti və bolqarıstanlı Bozhidara Mitkova olacaq.