Çempionatda daha iki qarşılaşma baş tutub.
- 05 Dek 2025 22:00
- 26
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün AVF-nin İdman zalında "Gənclər" klubu "Gəncə"ni, "Abşeron" isə "AZERRAIL"i qəbul edib.
İlk görüşdə sensasiya qeydə alınmayıb və "Gəncə" çətinlik çəkmədən quru hesablı qələbə qazanıb.
Günün digər qarşılaşması isə kifayət qədər gərgin keçib. Tay-breykə qədər uzanan matçda "Abşeron" 3:2 hesabı ilə qalib gəlib. Bu, "Abşeron"un çempionatdakı ilk oyunu və ilk xalları olub.
Yüksək Liqa
5 dekabr
IV tur
“Gənclər” - “Gəncə” 0:3 (14:25, 12:25, 18:25)
“Abşeron” - “AZERRAIL” 3:2 (20:25, 25:23, 22:25, 25:23, 15:11)