“Çelsi” müdafiəçisi Ris Ceymslə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər 5 illik müqaviləyə imza atıblar. 20 yaşlı ingilis futbolçu 2025-ci ilin yayına kimi “Çelsi”nin uğurları üçün çalışacaq.

6 yaşından etibarən “Çelsi”də futbolun sirlərini öyrənən Ris, ötən mövsümü “Viqan”da icarədə keçirib. O, London klubunun əsas komandasında indiyə qədər 18 oyun keçirib, 2 qola imza atıb.