"Yuventus"un futbolçusu Duqlas Kosta karyerasını Braziliyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, icarə əsasında Münhen "Bayern"ində çıxış edən braziliyalı yarımmüdafiəçi "Qremio" ilə anlaşıb.

30 yaşlı futbolçu yeni mövsümdə komandaya qoşulacaq. Onun illik maaşı 2,8 milyon avro olacaq.

Kosta bu mövsüm keçirdiyi 22 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Braziliya millisinin üzvü "Qremio"nun yetirməsidir.