Almaniyanın “Borussiya” (Dortmund) klubunun iki futbolçusuna koronavirus aşkarlanıb. Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçi Tomas Menye və yarımmüdafiəçi Yulian Brandtın COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də onlar karantinə alınıblar.